Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şəki şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim həyata keçirilib.
Tədbirin açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin müavini, “Gənc Könüllülər” İctimai Birliyinin sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini və digər dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Təlimin əsas məqsədi gənclərin narkotik asılılığının fəsadları barədə məlumatlılığını artırmaq olub. Tədbir zamanı iştirakçılara psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan orqanizminə mənfi təsirləri, narkotik vasitələrdən istifadənin risk amilləri, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili yolları haqqında ətraflı məlumat verilib. Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Layihə çərçivəsində, gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların inkişafı”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları, eləcə də robototexnika və incəsənət sahələri üzrə master-klaslar təşkil olunub. İştirakçılar rəqəmsal alətlərdən istifadəyə dair peşəkar mütəxəssislərlə görüşlərdə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.
Tədbirin sonunda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici vəsaitlər iştirakçılara təqdim edilərək, gənclər arasında maarifləndirmə işlərində istifadəsi üçün paylanılıb.

Səyyar Gənclər Xidmətinin Şəki şəhərində təlimləri dava..
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Sağla..
Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
İqtisad Universitetində narkomanlığa qarşı maarifləndir..
Şəki şəhərində məhkəmə qərarları əsasında müsadirə olun..
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində t..
Səyyar Gənclər Xidmətinin Balakən rayonunda təlimləri d..
Narkomaniyanın dəhşətləri və qurbanlarından bəhs edən b..
Səyyar Gənclər Xidmətinin Balakəndə rayonunda təlimləri..
Azərbaycan Pedaqoji Kollecində maarifləndirici tədbir k..
Balakən rayonunda maarifləndirici tədbir təşkil olunub...