“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maarifləndirici görüş keçirilib.
Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə Narkoloji Mərkəzinin həkim-narkoloqu, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri və tələbələr iştirak ediblər.
Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.

Səyyar Gənclər Xidmətinin Şəki şəhərində təlimləri dava..
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Sağla..
Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
İqtisad Universitetində narkomanlığa qarşı maarifləndir..
Şəki şəhərində məhkəmə qərarları əsasında müsadirə olun..
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində t..
Səyyar Gənclər Xidmətinin Balakən rayonunda təlimləri d..
Narkomaniyanın dəhşətləri və qurbanlarından bəhs edən b..
Səyyar Gənclər Xidmətinin Balakəndə rayonunda təlimləri..
Azərbaycan Pedaqoji Kollecində maarifləndirici tədbir k..
Balakən rayonunda maarifləndirici tədbir təşkil olunub...