Qalereya

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba rayonunda təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Quba rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

Tədbirin rəsmi açılış hissəsində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru, “Gənc Könüllülər” İctimai Birliyinin sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2025_10_22_11_04_02_37f6.jpg
  1. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba ray..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba ray..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba ray..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba ray..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba ray..

  6. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba ray..

  7. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba ray..

  8. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba ray..