Qalereya

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında maarifləndirmə tədbiri keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar cari ilin 23oktyabr tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və baş məsləhətçisi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2025_10_24_16_02_28_8cc0.jpg
  1. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayı..

  2. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayı..

  3. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayı..