“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar Peşə Liseyində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri, şöbə müdirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirdə narkotik asılılığın qlobal miqyasda yaratdığı təhlükələr, gənclər arasında məlumatlılığın artırılmasının vacibliyi, eləcə də Dövlət Komissiyası tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin, narkotik vasitələrin fəsadları, yeni növ psixotrop maddələrin törətdiyi təhlükələr, asılılıqla mübarizədə təhsil müəssisələrinin və ailənin rolu diqqətə çatdırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.

Balakən rayonu ərazisində 9 ton 790 kiloqram yabanı hal..
Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitm..
Ağdaş rayonu ərazisində 2 ton 50 kiloqram yabanı halda ..
Xocalı rayonu ərazisində 1017 kiloqram yabanı halda bit..
Dövlət Proqramı kitabça formasında çap edilib..
Qusar rayonunda tələbələrlə maarifləndirici tədbir keçi..
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qusarda ..
Heydər Əliyev adına liseydə maarifləndirici tədbir keçi..
Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...
Qusar rayonunda məhkəmə qərarları əsasında müsadirə olu..
Quba rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..
Abşeron rayonunda tədbir keçirilib...