"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub.
Qusar rayonu Hil kənd 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdən əvvəl məktəbin foyesində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə narkotik mövzusunda sərgiyə baxış keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları, müstəqil ekspert, aidiyyəti qurumların nümayəndələri və müəllim heyəti iştirak ediblər.
Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə ətraflı məlumat verilmişdir. Narkotik maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilmişdir.
Həmçinin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyyətinə “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar şagirdlərə təqdim olunub.

İsmayıllıda “Sağlam gələcək naminə - narkotikə yox deyə..
Şamaxı rayonunda maarifləndirici tədbir təşkil olunub..
Şamaxı rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
“Qara tale – ağ ölüm” filmi televiziya kanallarında nüm..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..
Xaçmaz rayonunda maarifləndirici tədbir təşkil olunub...
“Səyyar Gənclər Xidməti” layihəsi Xaçmaz rayonunda təşk..
Xaçmaz rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin..
Səyyar Gənclər Xidmətinin Qusar rayonunda təlimləri dav..
Sabunçu rayonunda narkotiklərə qarşı maarifləndirici se..
Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..