Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə Narkoloji Mərkəzinin həkim-narkoloqu, Humanitar Kollecin müəllim və tələbələri iştirak ediblər.
Görüşdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.

Şamaxı rayonunda maarifləndirici tədbir təşkil olunub..
Şamaxı rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
“Qara tale – ağ ölüm” filmi televiziya kanallarında nüm..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..
Xaçmaz rayonunda maarifləndirici tədbir təşkil olunub...
“Səyyar Gənclər Xidməti” layihəsi Xaçmaz rayonunda təşk..
Xaçmaz rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin..
Səyyar Gənclər Xidmətinin Qusar rayonunda təlimləri dav..
Sabunçu rayonunda narkotiklərə qarşı maarifləndirici se..
Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..