Qalereya

Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir təşkil olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Tədris Mərkəzində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Peşə Tədris Mərkəzinin direktor müavini, müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı narkotik maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına göstərdiyi zərərli təsirlər, narkotik asılılığının formalaşma mərhələləri, psixoaktiv maddələrin yaratdığı risk amilləri, eləcə də narkomaniya ilə mübarizə üsulları barədə geniş məlumat verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinin cəmiyyət üçün doğurduğu tibbi və sosial təhlükələr diqqətə çatdırılıb.

Tədbirdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.

/img/gallery/100x100/2025_11_19_11_05_55_2a34.png
  1. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  2. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  3. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  4. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  5. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  6. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  7. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  8. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  9. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  10. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  11. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  12. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..

  13. Qəbələ rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir..