Qalereya

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumat

2025-ci ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7030 cinayət faktı aşkarlanmışdır. Onlardan 2232-si narkotik vasitələrin qanunsuz satışı, 4611-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 185-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin6 ton 446 kq 419,462 qramını marixuana, 281 kq 848,682 qramını heroin,143 kq 956,179 qramını tiryək, 75 kq 167,942 qramını həşiş,153,551 qramını kokain,181 kq 415,261 qramınıdigər narkotik vasitələr və134 kq 268,036 qramını psixotrop maddələr təşkil etmişdir.Həmçinin, göstərilən dövr ərzində 10506 ədəd metadon, 18923 ədəd çətənə bitkisi, eləcə də 600,492 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən  götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər  müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 185 milyon 166 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə  4687 nəfər cəlb edilmiş, onlardan 4545 kişi, 142 qadın olmuşdur.

Məsuliyyətə cəlb edilmiş 84 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 499,874 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə  və 271,772 qr çətənə bitkisi  götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 212 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 087 kq 262,033qr və 10 506 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə  çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 251 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 348 kq 977,374 qr nakotik vasitə, psixotrop maddə maddə və 36 qr güclü təsir edən maddə  müsadirə edilmişdir.

2254 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 854 kq 643,966qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1078,qanunsuz satış ilə bağlı faktların sayı 345,satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 688,narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 41, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 4,qaçaqmalçılıqla bağlı faktların sayı 7, qrup halında olan cinayətlərin sayı 29 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1560 nəfər azalmışdır. Bununla yanaşı qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 201 kq 410,017 qr artmışdır.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 230 kq 316,277 qr, tiryəkin çəkisi 10 kq 301,291 qr, psixotrop maddələrin çəkisi 57 kq 476,923 qr azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 6 ton 446kq 414,562 qr-nı (88,7 %) marixuana təşkil etmişdir. Onun da 5 ton 663kq 874,462 qramı (87,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 782 540,1 qram (12,1 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına  əsasən  barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi  məhv edilmişdir.

 Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 59 rayon və şəhərdə 2243 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 55kq 191,252 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin,  4 kapsul güclü təsir edən maddənin və 489 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 80786 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4756 nəfərdən 2514 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 292, QİÇS-lə Mübarizə Mərkəzində 316, Sumqayıt Narkoloji Mərkəzində 126 nəfər)  734 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin oktyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 50 (4,7%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.

“802” qaynar xətt telefon zəng xidmətinə 1026 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 118-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 60-ı narkotik asılılıqdan müalicə, 848-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 178 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2025_11_19_14_13_02_ce51.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..