Qalereya

Nəsimi rayonunda sağlam həyat tərzinin təşviqi üzrə maarifləndirici tədbir keçirilib

26 noyabr 2025-ci il tarixində, Dövlət Proqramının 8.4.14-cü bəndinin icrası məqsədilə, Nəsimi rayonu 8 №-li tam orta məktəbdə “Narkotiklərə qarşı maarifləndirmə: sağlam gələcək naminə” mövzusunda şagirdlərlə maarifləndirici tədbir keçirilib. 

Tədbir zamanı iştirakçılara narkotik vasitələrdən istifadənin əsas risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə, eləcə də sosial-iqtisadi inkişafa göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb və mövzu ətrafında interaktiv şəkildə fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim edilib.

/img/gallery/100x100/2025_11_26_15_08_13_8e06.jpg
  1. Nəsimi rayonunda sağlam həyat tərzinin təşviqi üzrə maa..

  2. Nəsimi rayonunda sağlam həyat tərzinin təşviqi üzrə maa..

  3. Nəsimi rayonunda sağlam həyat tərzinin təşviqi üzrə maa..

  4. Nəsimi rayonunda sağlam həyat tərzinin təşviqi üzrə maa..

  5. Nəsimi rayonunda sağlam həyat tərzinin təşviqi üzrə maa..

  6. Nəsimi rayonunda sağlam həyat tərzinin təşviqi üzrə maa..