Qalereya

Nizami rayonunda "Birgə mübarizə: Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə əsasən, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 32 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin  əməkdaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Bakı şəhər Tibbi-bədən tərbiyəsi dispanserinin baş həkimi, Rayon Polis İdarəsinin əməkdaşları, Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri, habelə rayon üzrə ümumi təhsil müəssisələrinin müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri və şagirdləri iştirak ediblər. 

Çıxışlar zamanı narkotik maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına göstərdiyi zərərli təsirlər, narkotik asılılığının formalaşma mərhələləri, psixoaktiv maddələrin yaratdığı risk amilləri, eləcə də narkomaniya ilə mübarizə üsulları barədə geniş məlumat verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinin cəmiyyət üçün doğurduğu tibbi və sosial təhlükələr diqqətə çatdırılıb. Həmçinin, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça , “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2025_11_28_09_44_39_4e55.jpg
  1. Nizami rayonunda "Birgə mübarizə: Narkomaniyaya yox dey..

  2. Nizami rayonunda "Birgə mübarizə: Narkomaniyaya yox dey..

  3. Nizami rayonunda "Birgə mübarizə: Narkomaniyaya yox dey..

  4. Nizami rayonunda "Birgə mübarizə: Narkomaniyaya yox dey..

  5. Nizami rayonunda "Birgə mübarizə: Narkomaniyaya yox dey..

  6. Nizami rayonunda "Birgə mübarizə: Narkomaniyaya yox dey..