“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər rayonu 181 saylı tam orta ümumtəhsil məktəbində valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Narkomaniyaya qarşı növbəti maarifləndirici aksiya Ming..
Xətai rayonunda narkomaniyaya qarşı maarifləndirici aks..
Xətai rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Lənkəran şəhərində narkomaniyaya qarşı maarifləndirici ..
Lənkəran Tibb Kollecində narkomaniyaya qarşı maariflənd..
“802 Qaynar Xətt” xidmətinin maddi-texniki bazası güclə..
2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..
Nizami rayonunda narkomaniyaya qarşı maarifləndirici ak..
Nizami rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Xəzər rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Sabunçu rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
1 nömrəli Bakı Tibb Kollecində narkomaniyaya qarşı maar..