Qalereya

2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində təlim keçirildi

İnternat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində “Sağlam gələcək naminə” mövzusunda tədbir təşkil edilmişdir.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxış edərək, şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə    və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb vəgələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış  “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2025_12_24_10_57_59_da0b.jpg
  1. 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  2. 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  3. 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  4. 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..