İnternat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində “Sağlam gələcək naminə” mövzusunda tədbir təşkil edilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxış edərək, şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb vəgələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara paylanılıb.

“Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..
Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəru..
Sabunçu rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
Nərimanov rayonunda məhkəmə qərarları əsasında müsadirə..
Məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli..
Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..
Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədb..
Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..