“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə uyğun olaraq antinarkotik təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2026-cı ildə yeni üslubda maarifləndirici əyani vəsaitlər hazırlanmışdır.
Hazırlanmış yeni əyani vəsaitlər “Rəqəmsal mühitdə gizli narkotik riskləri” (rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri barədə məlumatlandırma, rəqəmsal savadlılığın və şəxsi təhlükəsizlik bacarıqlarının gücləndirilməsi), “Yeniyetmələr və gənclər üçün” (gənclər arasında narkotik vasitələrin yaratdığı risklər barədə məlumatlandırmanın gücləndirilməsi, psixoloji təzyiq və yanlış təsəvvürlərin izahı, habelə fərdi qərarvermə bacarığının və “yox” demək iradəsinin formalaşdırılması) və “Valideynlər üçün tövsiyə” (psixoaktiv maddələrin mahiyyəti, onların insanın psixi və fiziki sağlamlığına vurduğu ağır zərər, asılılıq mexanizmləri, istifadə risk amilləri, eləcə də yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti) mövzularını əhatə edir.
Qeyd olunan əyani vəsaitlərin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərində, bir sıra rayon və şəhərlərdə keçirilən aksiyalarda və təlimlərdə, habelə digər kompleks tədbirlər çərçivəsində paylanılması nəzərdə tutulmuşdur.

“Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..
Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəru..
Sabunçu rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
Nərimanov rayonunda məhkəmə qərarları əsasında müsadirə..
Məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli..
Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..
Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədb..
Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..