16 yanvar 2026-cı il tarixində, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə uyğun olaraq Binəqədi rayonu İcra Hakimiyyəti və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Bakı şəhəri, 283 nömrəli tam orta məktəbdə valideynlər üçün maarifləndirici görüş keçirilib.
Görüşün əsas məqsədi narkotik asılılığının qarşısının alınmasında ailələrin rolunun artırılması, valideyn məsuliyyətinin gücləndirilməsi və bu sahədə məlumatlılığın yüksəldilməsi olub.
Tədbirdə Binəqədi rayonu İcra Hakimiyyətinin başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Bakı Narkolojı Mərkəzinin nümayəndəsi və digər mütəxəssislər çıxış edərək narkotik asılılığının cəmiyyət üçün yaratdığı təhlükələrdən, ailənin profilaktikada, risklərin erkən aşkarlanmasında, eləcə də müalicə və reabilitasiya prosesində oynadığı mühüm roldan danışmış, valideyn nəzarətinin əhəmiyyəti və uşaqların təhlükəsiz mühitdə böyüməsinə təsir edən amillər barədə geniş məlumat təqdim ediblər.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və ailələrin bu sahədə maarifləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

“Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..
Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəru..
Sabunçu rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
Nərimanov rayonunda məhkəmə qərarları əsasında müsadirə..
Məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli..
Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..
Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədb..
Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..