Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri və çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, həmçinin “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Valideynlər üçün növbəti maarifləndirici tədbir Səbail..
Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Milli A..
İsmayıllı rayonunda narkomaniyaya qarşı növbəti maarifl..
Qəbələ rayonunda narkomaniyaya qarşı növbəti maariflənd..

Binəqədi rayonunda narkomaniyaya qarşı maarifləndirici ..
İsmayıllı rayonunda narkomaniyaya qarşı maarifləndirmə ..
“Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..
Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəru..
Sabunçu rayonunda məhkəmə qərarları əsasında müsadirə o..