“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Valideynlər üçün tövsiyə”, “Rəqəmsal mühitdə gizli narkotik riskləri” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Mingəçevirdə narkomanlığa qarşı maarifləndirici aksiya ..
Mingəçevir şəhərində məhkəmə qərarları əsasında müsadir..
Mingəçevirdə valideynlər üçün maarifləndirici tədbir ke..
Ağdaş rayonunda narkomanlığa qarşı növbəti maarifləndir..
Ağdaş rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Göyçay rayonunda narkomanlığa qarşı maarifləndirici aks..
Göyçay rayonunda valideynlər üçün maarifləndirici tədbi..
Göyçay rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Növbəti maarifləndirici aksiya Ucar rayonunda təşkil ol..
Ucar rayonunda valideynlər üçün maarifləndirici tədbir ..
Ucar rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..
Hacıqabul rayonunda maarifləndirici tədbir təşkil olunu..