21 iyun 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 saylı orta məktəbdə rayon məktəblərinin direktor müavinləri, psixoloqları, uşaq birliyinin rəhbərləri, müəllim və şagirdlərinin, həmçinin valideyn və qonaqların iştirakı ilə 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü münasibətilə “Narkomaniyasız sağlam həyat” adlı ümumrayon tədbiri keçirilib.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Gülnaz İsrafilova açaraq BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq Fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. 2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmışdır. Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Dövlət Komissiyasının İşçi Qrupunun 2017-ci il iş və tədbirlər planına əsasən 2017-ci ilin ötən dövrü ərzində Nizami Rayon Komissiyası tərəfindən bir sıra tədbirlər keçirilib. G.İsrafilova keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib və xüsusilə qeyd edib ki,26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü münasibətilə Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ilə birgə 2017-ci il iyun ayının 13-də “Narkomaniya – ağ ölüm” mövzusunda rəsm müsabiqəsi təşkil edilib.
Sonra Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova çıxış edib, sağlam həyat tərzinin formalaşmasənda asudə vaxtın səmərəli keçirilməsini önə çəkib, xüsusilə də yay tətili günlərində bu sahəyə daha çox diqqətin ayrılmasının vacibliyini vurğulayıb.
Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli öz çıxışında narkomanlığın yaratdığı sosial bəlalardan, onun insan orqanizminə vurduğu sağalmaz yaralardan söhbət açıb, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Tədbirin sonunda Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin hazırladığı asudə vaxtın səmərəli təşkilinin təbliğinə həsr olunmuş “Narkomaniyasız sağlam həyat” adlı musiqili-əyləncəli kompozisiya nümayiş olunub.

Abşeron rayon komissiyası tərəfindən 26 iyun Narkotiklə..
Daşkəsən rayon komissiyası tərəfindən 26 iyun Narkotikl..
Nizami rayonunda “Narkomaniyasız sağlam həyat” adlı ümu..
13 saylı cəzaçəkmə müəssisəsində maarifləndirici tamaşa..
İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişlə..
“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..
26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqə..
Şəki şəhəri ərazisində 8 ton 352 kiloqram çətənə bitkis..
Şəki şəhəri ərazisində 461 kiloqram çətənə bitkisi aşka..
Şəki şəhəri ərazisində 2 ton 356 kiloqram çətənə bitkis..
14 saylı cəzaçəkmə müəssisəsində maarifləndirici tamaşa..
Göygöl rayonu ərazisində 878 kiloqram çətənə bitkisi mə..