26 iyun BMT-nin "Narkotiklərlə mübarizə günü" ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, rayon komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşları, Bakı Şəhər Narkoloji Mərkəzin nümayəndəsi müəllimlər və şagirdlər.
Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.

Novbəti maarifləndirici aksiya Xaçmaz rayonunda təşkil ..
26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Şəki..
Xaçmaz rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Xaçmaz rayonunda narkomanlığa qarşı maarifləndirmə tədb..
26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..
"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..
Siyəzən rayonunda növbəti maarifləndirici aksiya təşkil..
Siyəzən rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..
Sumqayıt şəhərində məhkəmə qərarları əsasında müsadirə ..
Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş..
Bakcell abunəçilərə narkotiklərin fəsadları ilə bağlı S..