Qalereya

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəkidə təlimlər davam edir.

Gənclər arasında sağlam həyat tərzinin təşviqi, narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlim baş tutmuşdur. Belə ki, Şəki şəhərində məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədə  geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

/img/gallery/100x100/2026_06_29_11_38_12_672d.jpg
  1. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəkidə t..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəkidə t..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəkidə t..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəkidə t..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəkidə t..