26 iyun BMT-nin "Narkotiklərlə mübarizə günü" ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Heydar Əliyev Mərkəzində "Narkomaniyaya qarşı koordinasiyalı mübarizə imkanlarının artırılması" mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Ombudsmanın Şimal Regional Mərkəzinin, Quba rayon polis şöbəsinin, DTX Quba rayon şöbəsinin, Quba rayon prokurorluğunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, psixoloqlar, müəllimlər və fəal gənclər iştirak etmişlər.
Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.

Qusar rayonunda məhkəmə qərarları əsasında müsadirə olu..
Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba rayonunda..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..
Qusar rayonunda maarifləndirici aksiya təşkil olunub...
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəkidə t..
“Azercell” abunəçilərinə narkotiklərin ziyanı barədə ma..
İctimai yerlərdə maarifləndirmə işlərinin əhatəsi geniş..
Qusar rayonunda 26 İyun - Narkotiklərlə Mübarizə Günü i..
Bölgələrdə narkomaniya ilə bağlı maarifləndirici aksiya..
Bayram Günündə "802 Qaynar Xətt" WhatsApp üzərindən vət..
26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar növb..
Novbəti maarifləndirici aksiya Xaçmaz rayonunda təşkil ..