Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Quba Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı yeni əyani vəsaitlər paylanılmışdır.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

Bölgələrdə narkomaniya ilə bağlı maarifləndirici aksiya..
Ağsu rayonunda Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar..
Ağsu və İsmayıllı rayonlarında məhkəmə qərarları əsasın..
Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İsmayıllı rayo..
"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Oğuz ray..
Şamaxı rayonunda narkomanlığa qarşı maarifləndirici aks..
Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar növbəti tədbir..
Qobustan və Şamaxı rayonlarında məhkəmə qərarları əsası..
Qobustan rayonunda maarifləndirici aksiya keçirilib...
Quba rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..
Qobustan rayonunda Narkotiklərlə Mübarizə Günü ilə əlaq..