Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Oğuz rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.
“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin açılışında Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Oğuz Rayonu üzrə Təhsil sektorunun nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.
Tədbir zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

Bölgələrdə narkomaniya ilə bağlı maarifləndirici aksiya..
Ağsu rayonunda Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar..
Ağsu və İsmayıllı rayonlarında məhkəmə qərarları əsasın..
Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İsmayıllı rayo..
"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Oğuz ray..
Şamaxı rayonunda narkomanlığa qarşı maarifləndirici aks..
Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar növbəti tədbir..
Qobustan və Şamaxı rayonlarında məhkəmə qərarları əsası..
Qobustan rayonunda maarifləndirici aksiya keçirilib...
Quba rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..
Qobustan rayonunda Narkotiklərlə Mübarizə Günü ilə əlaq..