"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Quba Olimpiya İdman Kompleksində təşkil olunmuş gənclərin caz düşərgəsində məlumatlandırıcı və maarifləndirici təlim keçirilib.
Təlimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış ediblər. Çıxışlarda narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomanlığa qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik risklər, hüquqa zidd əməllər və onlara görə hüquqi məsuliyyət mövzularına da toxunulub, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində iştirakçılara "Rəqəmsal mühitdə gizli narkotik risklər", "Yeniyetmələr və gənclər üçün" və "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici materiallar təqdim olunub.

Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çə..
Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..
Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..
"Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..
Narkomanlığa qarşı Dövlət Proqramının icrasına dair mon..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..
Quba Olimpiya İdman Kompleksində maarifləndirici təlim ..
Qobustan rayonunda narkomanlığa qarşı mübarizəyə dair d..
Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..
Quba rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəyir..