Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Yardımlı Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni əyani vəsaitlər paylanılıb.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunub. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar,eləcə də süni intellektəsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilib. Həmçinin fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

Yardımlı rayonunda rəqəmsal mühitdə narkotik risklərinə..
rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş a..
Lerik rayonunda narkomanlığa qarşı növbəti maarifləndir..
2 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirici..
Ağdam rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..
Lerik rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçi..
Lerik rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..
Qəbələ rayonu ərazisində 5 ton 100 kiloqram yabanı hald..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ..
Astara rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..
Astara rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəy..
Astara rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərç..