"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü bəndinin icrası məqsədilə Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri üçün maarifləndirici təlim təşkil olunub.
Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, gənclər idman idarəsinin, rayon polis şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və psixoloqlar iştirak etmişlər.
Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomanlığın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça və "Rəqəmsal mühitdə gizli narkotik riskləri" adlı bukletlər iştirakçılara paylanılıb.

Slavyan Universitetində maarifləndirici tədbir keçirili..
test..
Slavyan Universitetində maarifləndirici tədbir keçirili..
Narkomanlığa qarşı Dövlət Proqramının icrasına dair 202..
Ucar rayonunda valideynlər üçün maarifləndirici tədbir ..
Ucar rayonunda narkomanlığa qarşı maarifləndirmə tədbir..
"Səyyar Gənclər Xidməti" Ucarda növbəti maarifləndirmə ..
Ucar rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçiv..
Ucarda şagirdlər arasında narkomanlığa qarşı maariflənd..
Ucar rayonunda narkomanlığa qarşı maarifləndirici aksiy..
Ucar rayonunda narkomanlığa qarşı mübarizəyə dair tədbi..
"Səyyar Gənclər Xidməti" Kürdəmirdə növbəti maarifləndi..