Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Ucar rayonu üzrə 10 kənd üzrə 400 gənc üçün “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında maarifləndirici təlim təşkil edilmişdir.
“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin açılışında Ucar Rayon İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.
Tədbir zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

Slavyan Universitetində maarifləndirici tədbir keçirili..
test..
Slavyan Universitetində maarifləndirici tədbir keçirili..
Narkomanlığa qarşı Dövlət Proqramının icrasına dair 202..
Ucar rayonunda valideynlər üçün maarifləndirici tədbir ..
Ucar rayonunda narkomanlığa qarşı maarifləndirmə tədbir..
"Səyyar Gənclər Xidməti" Ucarda növbəti maarifləndirmə ..
Ucar rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçiv..
Ucarda şagirdlər arasında narkomanlığa qarşı maariflənd..
Ucar rayonunda narkomanlığa qarşı maarifləndirici aksiy..
Ucar rayonunda narkomanlığa qarşı mübarizəyə dair tədbi..
"Səyyar Gənclər Xidməti" Kürdəmirdə növbəti maarifləndi..