Qalereya

Dövlət İqtisad Universitetində maarifləndirici tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə “Gələcəyini seç- Narkomaniyaya yox de!  mövzusunda birgə maarifləndirici tədbir keçirilib.

Tədbirdə, Universitetinin gənclər təşkilatının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri, o cümlədən pedoqoji heyət və tələbələr iştirak ediblər.

Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri gənclərin narkoriklərdən asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə, onlara psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsullarından, eyni zamanda qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə barədə qanunvericiliyin tələblərinin izah edilməsi, sosial və hüquqi fəsadlar barədə ətraflı məlumat verilib. 

İnteraktiv şəkildədə davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, habelə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərin bu sahədə məlumatlılığının artırılması və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda Dövlət Komissiyasının daim fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə”, “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni təbliğat materiallarının tələbələr paylanılması təmin olunub.

/img/gallery/100x100/2026_10_27_17_05_47_a5e0.png
  1. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..

  2. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..

  3. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..

  4. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..

  5. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..

  6. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..

  7. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..

  8. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..

  9. Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..