"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün növbəti maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və rayon təhsil sektorunun nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti barədə danışmışlar. Çıxışçılar xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulamışlar. Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, həmçinin "Valideynlər üçün tövsiyə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Ağcabədi, Beyləqan və İsmayıllı rayonlarında məhkəmə qə..
Oğuz rayonunda valideynlər üçün növbəti maarifləndiric..
Laçın rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..
Qəbələ və Oğuz rayonlarında məhkəmə qərarları əsasında ..
Valideynlər üçün növbəti maarifləndirici tədbir Qəbələ ..
Ağcabədi rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..
İsmayıllı rayonunda valideynlər üçün maarifləndirici tə..
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filia..
Şamaxı rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Beyləqan rayonunda şagirdlər arasında maarifləndirmə tə..
Narkomanlığa qarşı mübarizədə dövlət və vətəndaş cəmiyy..
Abşeron rayonunda valideynlər üçün maarifləndirici tədb..