“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci yarımbəndinə əsasən internat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomaniya və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan, habelə törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər.
O cümlədən, narkotik asılılığının formalaşma mərhələləri izah edilib, mənəvi-əxlaqi dəyərlərin təbliği, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının vacibliyi qeyd olunub.
Eyni zamanda, asudə vaxtın səmərəli təşkilinin, idmanla, incəsənətlə və ictimai faydalı əmənlə məşğul olmağın əhəmiyyəti xüsusilə vurğulanıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı tövsiyələr verilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanılıb.

Şəki şəhəri 6 saylı Uşaq evi sosial xidmət müəssisəsind..
Şəki Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədb..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Beyləqan rayonunda valideynlər üçün növbəti maarifləndi..
"Səyyar Gənclər Xidməti" Ağcabədidə növbəti maarifləndi..
Ağcabədi, Beyləqan və İsmayıllı rayonlarında məhkəmə qə..
Oğuz rayonunda valideynlər üçün növbəti maarifləndiric..
Laçın rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..
Qəbələ və Oğuz rayonlarında məhkəmə qərarları əsasında ..
Valideynlər üçün növbəti maarifləndirici tədbir Qəbələ ..
Ağcabədi rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..
İsmayıllı rayonunda valideynlər üçün maarifləndirici tə..