“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Bakı Avrasiya Kollecinin birgə təşkilatçılığı ilə antinarkomaniya mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Bakı Avrasiya Kollecinin direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.
Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri gənclərin narkotiklərdən asılılıq problemi barədə biliklərinin artırılması məqsədilə onlara psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə ətraflı məlumat veriblər. Eyni zamanda qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə ilə bağlı qanunvericiliyin tələbləri, sosial və hüquqi fəsadlar izah edilib.
İnteraktiv şəkildə davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, habelə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsinin, gənclərin bu sahədə məlumatlılığının artırılmasının və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materialları tələbələrə paylanılıb.

Bakı Avrasiya Kollecində maarifləndirmə tədbiri keçiril..
"Səyyar Gənclər Xidməti" Ağcabədi rayonunda növbəti maa..
Şəki şəhəri 6 saylı Uşaq evi sosial xidmət müəssisəsind..
Şəki Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədb..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Beyləqan rayonunda valideynlər üçün növbəti maarifləndi..
"Səyyar Gənclər Xidməti" Ağcabədidə növbəti maarifləndi..
Ağcabədi, Beyləqan və İsmayıllı rayonlarında məhkəmə qə..
Oğuz rayonunda valideynlər üçün növbəti maarifləndiric..
Laçın rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..
Qəbələ və Oğuz rayonlarında məhkəmə qərarları əsasında ..
Valideynlər üçün növbəti maarifləndirici tədbir Qəbələ ..