2017-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.
Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1697 fakt aşkar edilmişdir ki, onlardan 470-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1094-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 103-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 730 kq 723,566 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 428 kq 564,736 qr marixuana (58,6%), 117 kq 174,74 qr tiryək (16%), 146 kq 486,19 qr heroin (20,1%), 2 kq 480,2 qr həşiş (0,4%), 35 kq 134,7 qr digərləri (4,8%), 883 qr psixotrop maddələr (0,1%) və 1545 ədəd həb təşkil etmişdir.
Cinayət məsuliyyətinə 1309 nəfər cəlb edilmişdir ki, onlardan 3-ü 18 yaşadək, 112-i 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-i qulluqçu və ya maddi məsul şəxs, 1167-i işləməyənlər, 513-ü təkrar cinayət törətmiş şəxslər, 1289-u kişilər, 20-i qadınlar, 17 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 6 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 24056 nəfəri dispanser, 5392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2142 nəfər yeni qeydiyyata götürülmüş, 1.249 nəfər isə qeydiyyatdan çıxarılmışdır.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 224 nəfər təşkil etmişdir ki, onlardan 219-u (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbilərdir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2017-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6409 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6198-ı (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4722-i (73,7%) kişi, 1687-i (26,3%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 6409 nəfərdən 3001-də (46,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2210(73,6%) nəfər dispanser qeydiyyatındadır. 01.07.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3756 nəfər təşkil etmişdir ki, onların da 1711 nəfəri İNİ olmuşdur. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 218 pasiyentdən 57 nəfərində İNİ aşkar edilmişdir.
2017-ci ilin müvafiq dövrü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 11952 nəfər keçmişdir. Onlardan 715 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 402 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülmüşdür.
Həmçinin, hesabat dövründə 1650 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 613 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1028 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir.Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 202 xəstə müalicə alır. Onlardan 156 nəfəri Respublika Narkoloji Mərkəzində, 46 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

Qəbələ rayonu ərazisində 3 tondan artıq yabanı halda bi..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba r..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sumqay..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Balakə..
2017-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələri..
Narkotiklərin ziyanı ilə bağlı bildiriş mobil rabitə ab..
Avtobus dayanacaqlarında narkomanlıqla mübarizəyə dair ..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Gəncə ..
Goranboy rayonu ərazisində 2 tondan artıq yabanı halda..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəç..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göygöl..