Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının təşkilatçılığı ilə «Səbail rayon gəncləri narkotiklərə yox deyir!» mövzusunda tədbir paytaxtın mərkəzindəki 132-134 saylı Təhsil Kompleksinin akt zalında təşkil olunub.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru açaraq qonaqları və tədbir iştrakçılarını salamladı, tədbirin məqsədi barədə məlumat verdi.
Tədbirdə çıxış edənlər ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulduğunu qeyd etdilər. Bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur.
Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi, yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi, tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər məktəbin kitabxanasına verildi və iştirakçılara narkomaniyanın fəsadlarını göstərən bukletlər paylandı.
Tədbir “AzTv” televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.

Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçü..
Sumqayıt şəhərində maarifləndirici tədbir keçirilmişdir..
Növbəti tamaşa 12 saylı cəzaçəkmə müəssisəsində nümayi..
Nizami rayonunda narkomanlığa qarşı mübarizə üzrə tədbi..
16 saylı cəzaçəkmə müəssisəsində “Həyatla oyun” tamaşas..
Növbəti maarifləndirici tədbir Şamaxı rayonunda keçiril..
“Həyatla oyun” tamaşası 15 saylı cəzaçəkmə müəssisəsind..
«Səbail rayon gəncləri narkotiklərə yox deyir!» mövzusu..
2017-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..
Quba rayonunda maarifləndirici tədbir keçirilmişdir...
Xızı rayonunda dəyirmi masa təşkil olunmuşdur...
İsmayıllı rayonunda maarifləndirici tədbir keçirilmişdi..