Qalereya

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə cari ilin 29 noyabr tarixində Dövlət Komissiasının İşçi Qrupunun təşəbbüsü Daxili İşlər, Səhiyyə və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində maarifləndirmə xarakterli tədbir keçirilmişdir. 

   Tədbirdə aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.

/img/gallery/100x100/2017_11_29_16_02_35_2491.jpg
  1. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində növbət..

  2. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində növbət..

  3. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində növbət..

  4. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində növbət..

  5. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində növbət..