Qalereya

“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi “Narkomaniyaya Yox deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir

   Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı layihə çərçivəsində Göyçay rayonunun Akademik Ziya Bünyadov adına şəhər 3 nömrəli tam orta məktəbində, E.Əkbərov adına şəhər 2 nömrəli tam orta məktəbində, Ağdaş rayonunun Müşfiq İsayev adına şəhər tam orta məktəbində, Bəkir Nəbiyev adına şəhər 3 nömrəli tam orta məktəbində, Ucar rayonunun N.Gəncəvi adına şəhər 3 nömrəli tam orta məktəbində və şəhər 6 nömrəli tam orta məktəbində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.

   Tədbirlərdə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Göyçay, Ağdaş və Ucar rayon komissiyalarının nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər. 

   Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun görülən işlər, “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

   Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.

   Tədbirlər çərçivəsində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin nümayəndələri tərəfindən müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm, karandaş, xətkeş, pozan və dəftər) paylanmış, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilmişdir.

/img/gallery/100x100/2018_06_05_10_29_58_6e61.JPG
  1. “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi “Narkoman..

  2. “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi “Narkoman..

  3. “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi “Narkoman..