Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 12 iyun tarixində rayonun Gənclər Evində maarifləndirmə xarakterli tədbir keçirmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon polis söbəsinin, rayon gənclər idarəsinin əməkdaşları, psixoloqlar, müəllim və şagirdlər iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqə..
Narkomanlıqla mübarizəyə dair əlavə sosial lövhələrin q..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Yasama..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabunç..
Nizami rayonunda 26 iyun Narkotiklərlə Mübarizə Günü mü..
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi “Narkoman..
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..
Sabunçu rayonunda maarifləndirmə tədbiri keçirilib..
26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqə..
Narkotiklərin fəsadlarını təbliğ edən sosial rolikin nü..
892 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr m..