Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 25 iyul tarixində Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində təbliğat və maarifləndirmə xarakterli tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Səhiyyə Nazirliyinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.
Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunmuş, o cümlədən Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır. Bundan əlavə tərbiyə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilmişdir.

Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində..
Maarifləndirici sosial rolik yenidən elektron reklam lö..
2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin,..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Kürdəm..
Narkotiklərin ziyanı ilə bağlı “Azərfon” abunəçilərinə ..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba r..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xocavə..
7 və 15 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Ağsu r..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Suraxa..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Masall..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xaçmaz..