“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası “Narkomaniya əsrin bəlasıdır” devizi altında növbəti tədbirini 06 may 2015-ci il tarixdə rayon Gənclər və İdman İdarəsinin konfrans zalında rayon komissiyasınn üzvlərinin, aidiyyəti yerli strukturların nümayəndələrinin, çoxsaylı müəllim və şagirdlərin iştirakı ilə keçirmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş bəhs etmişlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..
Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..
Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..
Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..
İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..
Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radik..
Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..
Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..
2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək re..
Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mə..
2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək “H..
29 yanvar 2015-ci il tarixdə İqtisad Universitetinin ..