Qalereya

Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Hakimiyyəti ilə birgə elmi-praktiki konfrans keçirmişdir.

  2015 ci il may ayının 15-də Şirvan şəhər 18 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhər ictimaiyyətinin iştirakı ilə  “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, şəhər komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların əməkdaşları, müəllimlər və məktəblilər  iştirak etmişlər.

 Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.

  Konfrans Regional Televiziya vasitəsilə işıqlandırılmışdır.

/img/gallery/100x100/thumbnail_1431925850.jpg
  1. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  2. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  3. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  4. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  5. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  6. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..

  7. Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..