23 noyabr 2018-ci il tarixində Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirildi.
İclasda Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov, Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev, DGK-nin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi Məsum Rəsulov, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Xarici İşlər və Maliyyə nazirliklərinin nümayəndələri və İDEC-in Ankara şəhər Ofisinin müdiri cənab Clement Sze, Ankara şəhər Ofisinin təhqiqatçısı cənab Adnan Mert və ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin xüsusi agenti Jarrod Sumner iştirak edirdi.
Görüşü giriş nitqi ilə açan Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikasının beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə milli hüquqi bazanın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza ataraq, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənərək, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilərək, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında layiqli yer tutduğunu diqqətə çatdırdı.
Paytaxtımızın bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransınının burada baş tutmasını ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərici kimi dəyərləndirdi.
Daha sonra İDEC-in bu sahədə öhdəlikləri, eyni zamanda tədbirin keçirilməsi üçün ev sahibliyi edən Azərbaycan Hökümətinin üzərinə düşən vəzifə və öhdəliklərin lazımi və zəruri təşkilatı işlərlə əlaqədar hazırlıq işlərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində görülməsi məqsədilə bütün təklif və suallarla bağlı geniş fikir mübadiləsi aparıldı.
Görüşün sonunda Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov gələn il ölkəmizdə keçiriləcək tədbirin yüksək səviyyədə təşkil olunacağına əminliklə görüş iştirakçılarının diqqətinə çatdırdı.

Növbəti maarifləndirmə tədbiri Masallı rayonunda təşkil..
Salyan rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fə..
Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilmişdi..
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın..
Qaradağ rayonu 9 nömrəli İnternat məktəbində maariflən..
Növbəti maarifləndirmə tədbiri 16 və 11 saylı cəzaçəkmə..
“Suraxanı gəncləri sağlam həyat tərzini seçirlər” mövzu..
Sabunçu rayonu 148 nömrəli məktəbdə “Narkomaniya bəşəri..
“Narkotiklər Haqqında Həqiqəti Öyrənək!” mövzusunda təd..
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı..
"Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədb..
İsmayıllı rayonunda maarifləndirmə tədbiri keçirilib..