Qalereya

2019-cu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

   2019-cu ilin 9 ayı ərzində ölkə üzrə  narkotik  vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilmişdir.

    Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3660 fakt aşkar edilmişdir ki, onlardan 1071-i narkotik vasitələrin qanunsuz satışı, 2290-ı qanunsuz əldə edilib saxlanılması, 261-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 38-i isə digər cinayətlərlə bağlı olmuşdur.

     Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 974 kq 622 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 247 min 964 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılmışdır. Bundan əlavə 369 kq 500 qr prekursorlar, 236,2 qrgüclü təsir edən maddə, 12 kq  500 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.

      Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 685 kq 111 qramını marixuana (34,6%), 247 kq 532,6 qramını tiryək (12,5%), 813 kq 888qramını heroin (41,2%), 21 kq 433,1 qramını həşiş (1,0%), 4 kq 009,185 qramını kokain (0,2%), 202 kq 647,6 qramını psixotrop maddələr və digərləri (10,2%) təşkil etmişdir.

     Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2401 hektar 288 sot ərazi üzrə 126 ton 844,9 kq (247 min 964 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilmişdir.

      Cinayət məsuliyyətinə 2618 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 8 nəfər, 18-25 yaş 209 nəfər, 26-29 yaş 397 nəfər, 30 yaşdan yuxarı isə 2004 nəfər təşkil edir.

       Məsuliyyətə cəlb olunanlardan 199 nəfəri fəhlə, 6-sı qulluqçu, 4-ü maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 7-si kənd təsərrüfatı işçisi, 1-i orta ixtisas tələbəsi, 8-i əvvəllər xüsusi qeydiyatda olan, 1827-si işləməyən, 2549-u kişilər, 69-u qadın, 73 nəfəri xarici ölkə vətəndaşı, o cümlədən 7-si MDB vətəndaşı olmuşdur. Əcnəbilərdən 55-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 3-ü Rusiya, 3-ü Türkiyə, 4-ü Ukrayna, 2-si Pakistan, 1-i Braziliya, 1-i Braziliya vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından 613 kq müxtəliv növ narkotik vasitə götürülmüşdür.

  Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31.dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

   2019-cu ilin 9 ayı ərzində 3947 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 2091 nəfərdə narkotikdən istifadə aşkarlanmış, onlar  müvafiq qeydiyyata götürülmüşdür.

   Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ild’n 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.

   Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən, 3258 xəstə, inyeksion narkotik istifadəçiləri olmuşlar ki, onların da 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülmüşlər.

   Eyni zamanda qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 9 ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olmuşdur.

/img/gallery/100x100/2019_10_21_17_04_44_8c24.png
  1. 2019-cu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin ..

  2. 2019-cu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin ..

  3. 2019-cu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin ..

  4. 2019-cu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin ..

  5. 2019-cu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin ..

  6. 2019-cu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin ..