Qalereya

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən işlərin effektivliyinin artırılması məqsədilə Masallı rayonunda tədbir təşkil olunub.

  30 oktyabr tarixində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu Masallı rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

  Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının müavini,  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri iştirak etmişdir.

  Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib.

   QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə tövsiyyələr də diqqətə çatdırılmışdır.

  Tədbir çərçivəsində rayon komissiyasına metodiki köməklik göstərilmiş və onlar zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.

/img/gallery/100x100/2019_11_01_10_03_16_54f3.JPG
  1. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görül..

  2. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görül..

  3. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görül..

  4. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görül..

  5. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görül..

  6. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görül..