Qalereya

Azərbaycan Dövlət Pedoqoji Universitetində maarifləndirmə tədbiri keçirilib

     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədarDövlət Komissiyası İşçi Qrupunun və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə cari ilin 15 noyabr tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetində“Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

    Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, Rayon Polis İdarəsinin rəis müavini, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda tələbələrə narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumatlar verilmişdir.O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

    Həmçinin, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri  tələbələr  arasında paylanılmışdır.

/img/gallery/100x100/2019_11_15_17_31_15_322f.JPG
  1. Azərbaycan Dövlət Pedoqoji Universitetində maarifləndir..

  2. Azərbaycan Dövlət Pedoqoji Universitetində maarifləndir..

  3. Azərbaycan Dövlət Pedoqoji Universitetində maarifləndir..

  4. Azərbaycan Dövlət Pedoqoji Universitetində maarifləndir..

  5. Azərbaycan Dövlət Pedoqoji Universitetində maarifləndir..

  6. Azərbaycan Dövlət Pedoqoji Universitetində maarifləndir..

  7. Azərbaycan Dövlət Pedoqoji Universitetində maarifləndir..