Qalereya

Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir Şabran rayonunda keçirilib.

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədilə cari ilin 20 noyabr tarixində Dövlət Komissiyasının İşçi Qrupu ilə Şabran rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri təşkil olunmuşdur.

 Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

 Çıxış edənlər narkomaniyanın doğurduğu faciələr, narkotiklərin insan orqanizminə məhvedici təsiri, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətinin artırılması barədə danışıblar. Belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, eləcə də bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi ilə bağlı tövsiyələr də diqqətə çatdırılıb.

 QİÇS və bir sıra başqa təhlükəli xəstəliklərin yayılması yolları haqqında məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların ətrafında fikir mübadiləsi aparılıb.

 Tədbir çərçivəsində rayon komissiyasına metodiki kömək göstərilib və onlar zəruri əyani vəsaitlərlə təmin ediliblər.

/img/gallery/100x100/2019_11_21_09_54_08_a61f.jpg
  1. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir ..

  2. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir ..

  3. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir ..

  4. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir ..

  5. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir ..