Qalereya

Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin təsirliliyini artırmaq məqsədi ilə Siyəzən rayonunda növbəti tədbirini keçirmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin təsirliyini artırmaq məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Siyəzən rayon komissiyasının birgə təşkilatçılığı ilə cari ilin 29 iyul tarixində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri, rayon komissiyasının sədri mövzu ətrafında çıxışlar edərək,  bu problemə qarşı mübarizədə rayon ərazisində sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilinə diqqət  artırmağın zəruriliyi barədə danışmışlar.

  Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.

/img/gallery/100x100/thumbnail_1438126826.jpg
  1. Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..

  2. Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..

  3. Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..

  4. Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..

  5. Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..