Cari ilin 25 iyun tarixində“26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov, Azərbayсan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Məclisin sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Dövlət Komissiyasının üzvləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov, “Narkotiklərə qarşı təbliğat” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər şəxslər iştirak ediblər.
Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxışında qeyd etdi ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Azərbaycan Respublikasında narkomanlıq ilə mübarizə Ümummilli Lider Heydər Əliyevin daimi diqqət və nəzarətində olub. 1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur. Bu günə qədər sözügedən sosial bəlanın aradan qaldırılması məqsədi ilə üç Dövlət Proqramı uğurla icra olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.
Konfrans zamanı digər çıxış edənlər bildirdilər ki, gənclərin layiqli vətəndaşlar kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas vəzifələrindən biridir. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bildirildi ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən edib.
Gənclər və İdman Naziri Azad Rəhimov çıxışı zamanı nazirliyin narkomaniya ilə mübarizə çərçivəsində həyata keçirdiyi layihələr haqqında məlumat verərək bildirdi ki, narkomaniyaya qarşı mübarizə məqsədi ilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr, festivallar təşkil olunur. Gənclərin maarifləndirmə və məlumatlandırma fəaliyyətində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər yaxından iştirak edir, gənclərlə öz bilik və təcrübələrini bölüşürlər. Bununla yanaşı nazirliyin Bakı şəhəri və ölkəmizin digər rayon və şəhərlərdəki yerli idarələri, eyni zamanda gənclərin qeyri-hökumət təşkilatları tərəfindən də gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda nazirlik Dövlət Komissiyasının İşçi qrupu ilə daim əməkdaşlıq edir, bu sahədə birgə layihələr həyata keçirir ki, bu da tədbirlərin effektivliyinə öz müsbət təsirini göstərir.
Videokonfransda yekun söz ilə çıxış edən Dövlət Komissiyasının sədri Əli Əhmədov qeyd etdi ki, narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyətin daha da genişləndirilməsinə, yeni və kreativ aksiyaların həyata keçirilməsinə ehtiyac var. Pandemiya və post-pandemiya dövründə bu sahədə həyata keçirilməli olan tədbirlərin formaları üzərində yenidən müzakirələr aparılmalı, müasir, təsiredici layihələrin keçirilməsi gündəmə gəlməlidir. Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və digər dövlət qurumlarının narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini vermək üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirəcək.

Goranboy rayonu ərazisində 1 ton 465 kiloqram yabanı ha..
Zaqatala rayonu ərazisində 5 ton 962 kiloqram yabanı ha..
Narkotiklərin ziyanı ilə bağlı 4,5 milyon “Bakcell” və ..
Maarifləndirici sosial çarx “BakuBus” avtobuslarında..
Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..
2020-ci ilin 5 ayı ərzində ölkə üzrə narkotik vasitələr..
Zərdab rayonu ərazisində 1tondan artıq yabanı halda bit..
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyə..
“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..
“Gənclər arasında narkomanlığa qarşı mübarizənin güclən..
Qazax rayonu ərazisində 170 kiloqram yabanı halda bitmi..
Hacıqabul rayonu ərazisində 260 kiloqram yabanı halda b..