“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.5 bəndinə uyğun olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiasının İşçi Qrupu aidiyyəti icraçı orqanlarla birgə 28 sentyabr 2015-ci il tarixdə Lənkəran şəhərində seminar-müşavirə keçirmişdir.
Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzin konfrans zalında Narkomnalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin, Respublika Narkoloji Mərkəzinin əməkdaşları, Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin rəisi, yerli komissiya üzvləri, din xadimləri, müəllim və metodistlər iştirak etmişlər.
Seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, ictimai maarifləndirmə işinin genişləndirilməsi, eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Bunula yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə bəhs edən sosial roliklər Lənkəran şəhər İcra Hakimiyyətinə təqdim edilmiş və şəhərin bütün monitorlarında işıqlandırılması nəzərdə tutulur.

İctimai maarifləndirmə tədbirlərinin gücləndirilməsini..
Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla b..

Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirl..
Dövlət Komissiyasının İşçi Qrupu icraçı orqanlarla birg..
Dövlət Komissiyasının İşçi Qrupu profilaktik tədbirləri..
Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..
Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlı..
Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirl..
Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirl..
İctimai maarifləndirmə işinin gücləndirilməsi üçün Dövl..
Dövlət Komissiyasının İşçi qrupu narkotiklərin törətdiy..