Qalereya

Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla birgə profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə seminar-müşavirə keçirmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.5 bəndinə uyğun olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiasının İşçi Qrupu aidiyyəti icraçı orqanlarla birgə Gəncə, Şirvan, Lənkəran və Sumqayıt şəhərlərində seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulmuşdur.

  Belə ki, 17 sentyabr 2015-ci il tarixdə Gəncə şəhər Pedaqoji Universitetində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin, Respublika Narkoloji Mərkəzinin əməkdaşları, Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin rəisi və yerli komissiya üzvləri, müəllim və metodistlərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.

  Seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, ictimai maarifləndirmə işinin genişləndirilməsi, narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqinin aparılması, bu bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı bitən narkotik tərkibli bitkilərin məhv edilməsi məqsədi ilə onların yayılma zonalarında ekspedisiyaların təşkili, eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

  Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.

  Tədbir yerli televiziya kanalında və digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

/img/gallery/100x100/thumbnail_1442562882.jpg
  1. Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla b..

  2. Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla b..

  3. Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla b..

  4. Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla b..

  5. Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumlarla b..