Qalereya

2021-ci ilin 3 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

   2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanmışdır. Onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

    Aidiyyəti orqanlar tərəfindən (ötən ilin müvafiq dövrü ilə müqayisə etməklə) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə  qarşı aparılmış mübarizə  tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda  təhlil olunaraq ümumiləşdirilmişdir.

     Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 287 kq 819,817 qr narkotik vasitələrin və psixotrop maddələrin 656 kq 378,952  qr-nı heroin, 326 kq 541,49 qr-nı marixuana, 147 kq 157,972 qr-nı tiryək, 25 kq 734,08 qr-nı həşiş,89,679 qr-nı kokain, 29 kq 418,755 qr-nı metamfetamin və 637,84 qr-nı digər narkotik vasitələr, 101 kq 861,049 qr-nı psixotrop maddələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində5 kq 881,85 qr güclü təsir edən maddələr, 4,05 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülmüşdür.

     Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edir. Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşlarıdır.

       Məsuliyyətə cəlb edilmiş 12 xarici ölkə vətəndaşından 4-ü İran İslam Respublikası, 3-ü Gürcüstan, 2-si Türkiyə,2-si Ukrayna və 1-i Rusiya vətəndaşları olmuşdur.

     2021-ci ilin I rübü ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 31 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 175 kq 847,482 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr  çıxarılmışdır.

         Ümumilikdə, aşkar edilmiş cinayətlərin 71-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 431 kq 475,208 qr narkotik vasitələr müsadirə edilmişdir.

        Təhlil göstərir ki, 2020-ci ilin I rübü ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artmış, bu kateqoriyadan olan digər cinayətlərlə bağlı faktların sayı isə sabit olmuşdur.

        Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 656 kq 945,417 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 300 nəfər artmışdır.

       Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14329 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1043 nəfərindən 529-nun istifadəçi olması müəyyən edilmiş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.Hesabat dövründə 1234 nəfər stasionar müalicədə olmuşdur. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 773 xəstə müalicə alır.

        Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülmüş, 1856 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

       Hesabat dövründə Azərbaycanda 117 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Bütövlükdə 1988-ci ildən 2021-ci ilin mart ayının sonunadək Azərbaycan Respublikası SəhiyyəNazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8805 nəfər qeydiyyata götürülmüşdür (8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi). İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır.Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2694 nəfəri hazırda dispanser qeydiyyatındadır.

       2021-ci ilin I rübü ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 121 pasiyentdən 15 nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur. 2021-ci ilin 31 mart tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6990 nəfər təşkil etmişdir ki, onların da 2274 nəfəri inyeksion narkotik istifadəçisidir.

      Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

     Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci ilə dair “İş Planı” hazırlanaraq təsdiq edilmiş və icraya yönəldilmişdir.

      Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi  fəaliyyət  göstərən  İşçi  Qrupu tərəfindən “İllik Hesabat” hazırlanmışdır.

      Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda fəaliyyət göstərən “802” qaynar xətt əlaqə mərkəzinə car ilin 1-ci rübü ərzində32 müraciət daxil olmuş, onlardan 6-sı narkotik vasitələrin qanunsuz satışı (4 müraciət əsasında cinayət işi başlanılıb), 9-u narkomaniyadan müalicə (6 nəfər müalicəyə qəbul olunub), 17-si isə digər məsələlərlə bağlı olmuşdur.Qeyd olunan müraciətlər müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilmişdir.

     Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytının “Onlayn müraciət” bölməsinə 7 müraciət daxil olmuş, onlardan 4-ü narkotik vasitələrin qanunsuz satışı (4 müraciət əsasında cinayət işləri başlanılıb), 2-si narkomaniyadan müalicə, 1-i isə digər məsələ ilə bağlı olmuşdur.

        Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə  Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə İdarəsi arasında birgə Tədbirlər Planları imzalanmış və  bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir.

       Eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatlarının, o cümlədən digər vətəndaş cəmiyyəti institutlarının sosial xarakterli tədbirlərin icrasına cəlb olunması məqsədilə Narkomaniyaya Qarşı Mübarizə üzrə QHT Koalisiyası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

       Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatlılığın artırılması məqsədilə müvafiq razılaşmaya əsasən “İki Sahil” qəzetində açılmış rubrikanın qrafikinə uyğun olaraq məqalələr dərc edilmişdir.

       Dövlət Proqramının 4.4.38-ci bəndinin icrası ilə əlaqədarcari ilin 09 yanvar tarixindən etibarən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarxın, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişi və eyni zamanda televiziya kanallarında yayımlanması təmin edilmişdir.

      Dövlət Proqramının 4.4.9-cu bəndinə uyğun olaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 26 ədəd yeni sosial lövhə Penitensiar Xidmətin Mühafizə Alayında, konvoy taborunda  və cəzaçəkmə müəssisələrində quraşdırılmışdır.

     Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd sosial lövhə “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılmış və bir il ərzində nümayişi nəzərdə tutulmuşdur.

  Eyni zamanda görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi bitdikdən sonra Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni sosial çarxların metro stansiyalarında mövcud olan monitorlarda da nümayiş olunması planlaşdırılmışdır.

   Cari ilin fevral və mart aylarında “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda keçirilən onlayn zona seminar-müşavirələrində və digər tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak etmişdir.

    Dövlət Proqramının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 07 aprel tarixində Azərbaycan Texniki Universiteti ilə birgə "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda onlayn tədbir, 15 aprel tarixində Yasamal rayon Gənclər və İdman İdarəsi ilə “Narkotiklə və narkobizneslə mübarizənin aktual problemləri”  mövzusunda onlayn seminar-müşavirə, 22 aprel tarixində Bakı Musiqi Akademiyası ilə birlikdə "Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu" adlı vebinar,  29 aprel tarixində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə onlayn formatında elmi-praktiki konfrans keçirilmişdir.

/img/gallery/100x100/
  1. 2021-ci ilin 3 ayı ərzində ölkə üzrə narkotik vasitələr..